Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Super-qida və təbii dərman – Cücərdilmiş qarabaşaq. Faydaları və hazırlanması

Super-qida və təbii dərman – Cücərdilmiş qarabaşaq. Faydaları və hazırlanması
Sakura

Super-qida və təbii dərman – Cücərdilmiş qarabaşaq. Faydaları və hazırlanması

 Qarabaşaq ən faydalı yarma sayılır. Qarabaşaq zülallar, B qrupu, C və E vitaminləri, kalsium, mis, dəmir, maqnezium, kalium, yod kimi minerallar, flavonoidlər, liflərlə zəngindir.

Yaşıl qarabaşaq daha faydalı sayılır. Qəhvəyi qarabaşaq emal olunmuş məhsuldur ki, onun tərkibində faydalı maddələr yaşılla müqayisədə daha azdır.

Cücərdilmiş yaşıl qarabaşaq bütün dünyada super-fud (super-qida) - ən sağlam və faydalı məhsullardan biri sayılır. Xarici ölkələrdə supermerketlərdə hətta hazır cücərdilmiş qarabaşaq satılır.

Cücərdilmiş qarabaşağın tərkibində faydalı maddələr adi qarabaşaqla müqayisədə qat-qat daha çoxdur. Bu səbəbdən cücərdilmiş qarabaşaq əsl təbii dərman sayıla bilər.

Saglamolun.az oxucularını cücərdilmiş qarabaşağın faydaları ilə tanış edir:

Orqanizmə antioksidant təsir edir – cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır Orqanizmi ziyanlı maddələrdən təmizləyir Arıqlamağa kömək edir Həzm proseslərini yaxşılaşdırır Xolesterini salır, damarları təmizləyir Təzyiqi tənzimləməyə yardım edir Damarlarda trombların əmələ gəlməsi riskini azaldır, damarların divarlarını möhkəmləndirir Fol turşusu, dəmir və mis sayəsində qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır Əzələləri möhkəmləndirir, orqanizmi fiziki yükləmələrə qarşı daha davamlı edir. Bu səbəblərə görə cücərdilmiş qarabaşaq tez-tez idmançıların qidalnmasına daxil edilir.   Dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır Potensiyanı artırır, prostat vəzi xəstəliklərinin qarşısını alır Yod çatışmazlığı ilə bağlı olan zob xəstəlikləri zamanı faydalıdır Hamilə və uşaq əmizdirən qadınlar üçün çox faydalıdır Güclü xərçəng əleyhinə təsirə malikdir Şəkərli diabet xəstələrində qanda şəkəri tənzimlənməyə kömək edir İmmun sistemini möhkəmləndirir Gümrahlıq və enerji bəhş edir.

Cücərdilmiş qarabaşağı hazırlamaq üçün yaşıl qarabaşaq yaxşı təmizlənir, yuyulur, səməni kimi cücərdilir. Cücərtilərin uzunluğu bir neçə mm olanda artıq müalicəvi məhsulumuz hazırdır. Qarabaşağı yenidən yaxşı yuyun, qurudun və salatlara, sıyıqlara, müxtəlif yeməklərə əlavə edib və ya kəsmik , yoqurt, qatıqla qarışdırıb yeyə bilərsiniz.

Hazır cücərdilmiş qarabaşağı 3 gündən çox olmayaraq soyuducuda saxlayın, sonra yeni porsiya hazırlayın. Gün ərzində 2-3 x.q. cücərdilmiş qarabaşaq yemək olar.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR