Dərc edildi: Baxış sayı: 566
Süni zəka Şekspirlə bağlı 400 illik mübahisəyə son qoydu
İngilis şair və yazıçı Uilyam Şekspirin “Henri VIII” əsərinin bir qisminin başqa yazıçı tərəfindən qələmə alındığı öz təsdiqini tapıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, çexiyalı araşdırmaçı Petr Pletçacın inkişaf etdirdiyi süni zəka sayəsində 400 ildən çoxdur ki, davam edən qalmaqala son qoyulub. Belə ki, süni zəka hətta əsərdəki ikinci yazarın Con Fletşer olduğunu da müəyyənləşdirib. Bəlli olub ki, C.Fletşer əsərin bəzi hissələrini tək, bəzilərini isə Şekspir ilə birlikdə yazıb.
1613-cü ildə işıq üzü görən “Henri VIII” Şekspirin ən sevilən əsərlərindəndir. Əsərin Şekspirə məxsus olmadığı ilə bağlı fikirlər vaxtaşırı olaraq gündəmə gəlirdi.
Sabrina Eldarqızı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət