Süni intellekt hava döyüşü bacarığına yiyələnəcək
Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency – DARPA) ABŞ Müdafiə Nazirliyindən süni intellektin hava döyüşündə sınaqlarının aparılması üçün sifariş alıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, süni intellektin virtual hava döyüşündə sınağı gələcəkdə neyron şəbəkə alqoritmlərinin yaradılmasında istifadə ediləcək meyarları müəyyənləşdirməyə kömək edəcək. Bu məlumatlar süni intellektə yaxın hava döyüşündə zərbə dronlarını idarə etməyə və təyyarənin idarəetməsini qəbul etməyə imkan verəcək.
Təyyarələr üçün süni intellektin hazırlanması “ACE” (Air Combat Evolution – Hava döyüşünün inkişafı) proqramı çərçivəsində aparılır. Özü öyrənən sistemin əsas məqsədi pilotlu təyyarələri qoruyacaq zərbə dronlarının idarəetməsini öz üzərinə götürə bilən süni intellektin yaradılmasıdır.
ABŞ Müdafiə Nazirliyi 8 şirkətlə müqavilə imzalayıb. Onlar virtual hava döyüşündə testlər keçirdikdən sonra əldə edilən məlumatları təhlil edəcəklər. Sınaqlar 2019-cu ilin noyabrında və 2020-ci ilin yanvar-martında olmaqla üç mərhələdə keçiriləcək.
Süni intellekt ilkin mərhələdə oyun süni intellekti, sonuncuda isə bir-biri ilə döyüşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət