Süni İntellekt dövrünün işçiləri üçün lazımi 5 xüsusiyyət
Süni intellekt, əşyaların interneti, sürücüsüz avtomobillər, nanotexnologiya, kvant kompüterləri, super kompüterlər, rəqəmsal marketinq kimi anlayışların artıq həyatımızın bir parçasına çevrilmək üzrə olduğunu nəzərə alsaq, yaxın gələcəkdə bir çox ixtisas sahələrinin öz aktuallığını itirəcəyi və əvəzinə yeni iş növlərinin həyatımıza daxil olacağı bütün dünyaya məlumdur. Bu səbəbdən də gələcəkdə öz peşəsini itirmək istəməyən insanların maşınlarla birlikdə yaşamağı qəbul etməsi ilə yanaşı sahib olmalı olduqları əlavə xüsusiyyətlər də mövcuddur. Bu xüsusiyyətlərdən bəziləri ilə gəlin, tanış olaq.
1. Analitik düşünmə qabiliyyəti – Süni İntellektin tətbiq edildiyi sahələrdə yaranma ehtimalı olan problemlər ilə ən effektiv mübarizə bacarığı.
2. Tənqidi yanaşma bacarığı – xüsusilə də bir çox üsulların tətbiq edildiyi iş mühitlərinin əvəzedilməz xüsusiyyəti.
3. Yaradıcılıq – yarana biləcək problemli hallarda və ya anlıq qərar qəbul edilmə zərurəti olduqda ən lazımi bacarıq.
4. Emosional Zəka – Özünü tanıma, duyğuları idarə edə bilmə, özünü hərəkətə keçirmə, başqalarının duyğularını anlama (empatiya), əlaqələri idarə edə bilmə kimi duyğulara sahib olma bacarığı.
5. Xidmət yönümlülük – müştərinin problemlərini başa düşməklə ən yaxşı həll yolunun tapılması, onlara faydalı xidmət göstərilməsi.
Tamara Mustafayeva
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət