Dərc edildi: Baxış sayı: 791
Sumqayıtda bir ailə yaşadığı mənzili zibilliyə çevirib
Sumqayıt şəhərində bir ailə yaşadığı mənzili zibilliyə çevirib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, söhbət Sumqayıt şəhər 2-ci mikrorayon, bina 8/11 mənzil 25-də yaşayan ailədən gedir.
Qonşuların sözlərinə görə, psixi problemi olan Təranə Bəylərova mənzildə Humay adlı xəstə anası ilə yaşayır. Mənzildəki üfunət iyi nəinki evi, hətta bütün binanı bürüyüb.
Altı saylı Mənzil İstismar Sahəsinin nümayəndəsi Qəhrəman Rəhimovun sözlərinə görə, həmin qadın mənzildə heyvanlar da saxlayır.
Binada yaranmış antisanitar şəraitdən narazı olan qonşular aidiyyəti orqanlara müraciət etdiklərini bidiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət