Dərc edildi: Baxış sayı: 397
Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev noyabrın 16-da “Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət