Slimfit
  1. İQTİSADİYYAT

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan ixracatında daha bir ilkə imza atdı

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan ixracatında daha bir ilkə imza atdı
Sakura

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan ixracatında daha bir ilkə imza atdı

“Made in Azerbaijan” markasının uğurlu təmsilçisi “Sumqayıt Texnologiyalar Parkı” (STP) Azərbaycan ixracat tarixində ilk dəfə olaraq Qırğızıstan Respublikasına 110 kilovatlıq elektrik kabeli ixrac edir.

Trend-in məlumatına görə, STP 4 oktyabr 2018-ci il tarixində Qırğızıstanın "ElektroSila" şirkətinin sifarişi əsasında 4 yük maşınından ibarət 2384 metr elektrik kabelini Qırğızıstana yola salıb. Ümumilikdə 7140 metr kabel satışını nəzərdə tutan sifariş daha iki mərhələdə müştəriyə çatdırılacaq.

Kabellər Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi rayonlarını elektriklə təmin edən yeni İstilik Elektrik Stansiyasının tikintisini və elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihədə istifadə olunacaq.

Qeyd edək ki, Rusiya kimi ölkələrdən güclü rəqiblərin olmasına baxmayaraq sifarişçi şirkət Qazaxıstan paytaxtı üçün önəmli enerji layihəsinin kabel təchizatını məhz Sumqayıt Texnologiyalar Parkına həvalə etmək qərarı verib.

Bütün bunlar artıq beynəlxalq bazarda STP-nin məhsullarına göstərilən inam və etibarın bariz nümunəsidir.

 

Zavodlar kompleksindən ibarət olan STP-nin kabel Zavodunda 28 min çeşiddə, 500 kV-a qədər, gərginlik səviyyəsi orta, yüksək və ifrat yüksək güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar həm yerli, həm də xarici bazarlarda böyük marağa səbəb olur.

Xarici bazarda məhsulları tanınmağa başlayan Park ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir. Müəssisə gələcəkdə Orta Asiya bazarında olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib.

STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.

Parkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub və istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR