Slimfit
  1. AZƏRBAYCAN

Sumqayıt

Sumqayıt
Sakura

Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər

Sumqayıt — Azərbaycan Respublikasında respublika tabeli şəhər.

Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər.

Şəhər Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin və Corat qəsəbələri rayon tabeliyindədir.

Ərazisi 94.17 km², əhalisinin sayı 2018-ci il siyahında 326.020 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 3.570 nəfər/km² təşkil edir.

 

Toponimi

"Sumqayıt" toponiminin yaranması barədə 3 fərqli versiya mövcuddur.

 

"Sum qayıt" əfsanəsi

Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:

- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!

Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:

- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

 

Tayfa adı ilə

Sumqayıt adı Rəşidəddin Fəzlullahın "Cami ət-təvarix" əsərində türk tayfaları arasında qeyd edilir. Həmin əsərdə Çingiz xan zamanında türk tayfalarının adları çəkilərkən Kunkqay və ya Sunkqayt (Khunkqait) tayfasının adı Qarait (Kirait), Cirkin, Sakait (Sakaut), Tumavut, İlbat, Nayman (Naiman), Yiti-i Tokluq, Tanqut və Unkut tayfaları arasında qeyd edilir.Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə türk əsilli tayfaların adları və haqlarında təsvir bölməsində yazır:

Monqollar dövründən sonra bu adı təqdim edən, hazırda monqol adlandırılan ancaq əslində adları monqol olmayan tayfalardan biri Saqait tayfasıdır...Tayciyut tayfası ilə Çingiz xan arasında çəkişmə və nifaq olduğu zaman bu tayfa Çingiz xanın tərəfini saxladı və onun qoşununa qatıldı: tarixdə onların da təsviri verilib. Ancaq nə o zaman, nə də indi bu tayfadan kimsə məlum deyil ki, möhtərəm və şöhrətli olsun.

Türkiyə tarixçisi Ramazan Şeşen də, həmin əsərə istinad edərək Kunqayt tayfasının adını ayrı bir türk tayfası olaraq qeyd edir. Böyük ehtimal bu ad iki tayfa adını ifadə edirdi. Kun və Qayi tayfaları Çingiz xandan əvvəl indiki Monqolustan ərazilərində məskunlaşmışdılar. Çin mənbələri onlar haqqında məlumat verir. XI əsrin ortasında Kun və Kay (Qay/Qayi) tayfaları Kidanların hücumu qarşısında yurdlarını tərk edib Kimək adlanan İrtış ətrafında yaşayan türklərin ölkəsinə gəldilər. Bəzi Kun və Qay tayfası isə Sırdərya ətrafında məskunlaşan oğuz yurdlarını ələ keçirdilər. Alman şərşünas Cozef Marquart onlardan Qay tayfasını Osmanlıların ulu babaları hesab edib.A.Z.V.Toqana görə, həmin qay qəbiləsi türk olub, qayıların çincə mənbələrdə keçən adıdır.

Qazax tarixçi Sergey Axincanov "Qıpçaqlar" adlı əsərində "Qay", "Kun" tayfalarının etnik mənsubiyyəti haqqında geniş araşdırma apararaq onların Qıpçaqların ulu babaları olduğunu ortaya çıxardıb.  Türkmən əsilli sovet tarixçisi Sergey Aqacanov da "Oğuzlar" haqqındakı əsərində, Kun və Qay tayfalarının XI əsrdə Monqolustan və Şərqi Çindəki yurdlarını tərk edərək qərb istiqamətində hərəkət etdiklərini və Orta Asiyada yeni bir xalqlar köçünə səbəb olduqlarını qeyd edir.Hər iki tayfanın köçü haqqında tarixi məlumatları toplayan Əkbər N.Nəcəf "Qaraxanlılar" adlı əsərində, bu tayfaların adlarının ərəbcə, qrabarca mənbələrdə çəkildiyini, Biruninin qay, kun tayalarını türk olaraq göstərdiyini vurğulayıb.

Qayı və kunların birlikdə hərəkət etdikləri, daha sonra Xarəzmşahların və Monqol imperiyasın tərkibində yer aldıqları, 1230-cu ildə artıq Azərbaycanda bu adda məskunlaşmaların olduğu qeyd edilir. Adın monqolca yazılışına diqqət etdiyimizdə Sumqayıt adının orjinal yazılışı Kun-qayt olub, bu da Kun və Qay və ya Qayıt tayfalarının birliyini ifadə edirdi. Böyük ehtimal Sumqayıt adı həmin tayfa birləşməsinin adını əks etdirirdi.

Semyon Bronevski 1823–cü ildə nəşr edilmiş "Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər" adlı kitabında yazır:

Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, ondan Suqaytı çayı ilə ayrılır ...
 

Sumqayıt çay

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şimalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.

 
 
Sumqayıtın iri küçələrindən biri olan Koroğlu prospekti

Tarixi

Şəhər rəhbərləri


Şəhər Partiya Komitəsinin I Katibləri 

Flag of the Azerbaijan Soviet Socialist Republic (1952-1956).svg Kamran Hüseynov 1953-1958 
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Zülfü Hacıyev 1958- 
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Nadir Balakişiyev 1962-1971 
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Sabit Abbasəliyev 1971-1974 
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Kamran Bağırov 1971-1978 
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Həsən Həsənov 1978-1979 
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Cahangir Müslümzadə 1985-1988 



Şəhər İcra Hakimləri 

Flag of Azerbaijan.svg Eldar İsmayılov 1991-1992 
Flag of Azerbaijan.svg Yusif Sevdimalıyev 1992-1993 
Flag of Azerbaijan.svg Şakir Abuşov 1993-2000 
Flag of Azerbaijan.svg Təvəkkül Məmmədov 2000-2003 
Flag of Azerbaijan.svg Vaqif Əliyev 2003-2011 
Flag of Azerbaijan.svg Eldar Əzizov 2011-2015 
Flag of Azerbaijan.svg Zakir Fərəcov 2015-indiyə kimi

 

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb.

Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,

"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."

Sovet İttifaqı rəhbərliyi Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır. Lakin İkinci dünya müharibəsininbaşlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.

  • 1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
  • 1939-1940-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
  • 1941-ci il – İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
  • 1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi başlanır.
  • 1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
  • 1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
  • 1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
  • 1953-cü il – Marten sobalarında ilk polad əridilməsi.
  • 1955-ci il – Sumqayıt Alüminium Zavodu işə başladı.
  • 1957-1959-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
  • 1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
  • 1961-1968-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
  • 1970-1980-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.
 
Heydər Əliyev prospekti ilə Lermontov küçələrinin kəsişməsi, 2014
 

Coğrafiyası

Sumqayıt inzibati rayonu Xəzər dənizi qərb sahili boyunca duzənlik sahədə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarmadası ərazisinin 9495 h-nı təşkil edir. Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Küləkli günlərin sayı ildə 75, küləyin sürəti adətən 5–20 m/san təşkil edir. Şəhər ərazisindən Sumqayıt çayı axır. Çay əsasən suyunu dənizə çatdıra bilmir. Buna səbəb yarımsəhra və qumluq zonasında suyun süzülməsi (İnfiltirizasiya) hadisəsidir. Çay əsasən yağış suları az miqdarda qar və yeraltı suları ilə qidalanır .Ən böyük qolu Qozlu çayıdır. Çayın mənbəyi Dübrar dağıdır. Havanın ən aşağı tempuraturu -13 °C yanvar, ən isti tempraturu isə +40 °C avqust təşkil edir. Havanın illik orta tempraturu +14 °C təşkil edir. Yay fəsli torpaq örtüyünün tempraturu +60 °C qədər catır. Yağıntılar əsasən payız-qış-yaz aylarında düşür. Yay ayları quraq keçir. İl ərzində 247 mm yağıntı düşür. Ərazidə şimal (Xəzri) çox, cənub küləyi (Gilavar) isə az müşahidə edilir. Şəhərin cənubundan Samur-Abşeron kanalı axır. Kanal Ceyranbatan su anbarına tökülür. Ərazidə cöl heyvanları: tülkü, çaqqal, dovşan, canavar, ördək, göyərcin, sığırcın vardır.

 

Şəhərin baş planı

Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947-1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi

 

Rəmzləri

Şəhərinin simvolu

Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi olmaqla yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir (Şəkinski) (1920-2000).

 

Sumqayıtın gerbi

Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə şəhər aktivinin ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında təqdim olunmuşdur. Gerbin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş 50-yə yaxın eskiz mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə etmişdir. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.

 

Əhalisi

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan məlumatına əsasən Sumqayıt şəhər ərazi dairəsinin əhalisi 325.237 nəfərdir. Onlardan 290.5 min nəfəri Sumqayıt şəhərində, 21.6 min nəfəri Hacı Zeynalabdin qəsəbəsində, 13.1 min nəfəri isə Corat qəsəbəsində yaşayır.

Sumqayıt inzibati ərazi vahidliyi 1939 1959 1970 1979 1989 1999 2009 2013
Sumqayıt şəhəri 6.353 (+1.499) 51.485 124.490 190.112 231.104 283.184 276.061 290.5
Ceyranbatan 701
Corat 1.777 2.451 4.291 6.206 7.809 12.711 13.1
Hacı Zeynalabdin - 5.389 8.634 8.634 16.371 20.674 21.6
Ümumi 9.629 60.026 135.540 204.952 255.284 283.184 309.446 325.237
  1. 1939-cu il Azərbaycan SSR əhalisinin siyahıyaalınmasına əsasən Sumqayıt şəhər tipli qəsəbəsindən ayrıca göstərilən 1.499 nəfər əhali "Kənd" əhalisi kimi qeyd olunmuşdur.
  2. 1959-cu il Azərbaycan SSR əhalisinin siyahıyaalınmasına əsasən Ceyranbatan şəhər tipli qəsəbəsi Sumqayıt Şəhər Sovetliyinə tabe olub.
Sumqayıt inzibati ərazi vahidliyi əhali sayının illər üzrə diaqramı

 

Etnik tərkibi

Sumqayıt şəhər inzibati ərazi dairəsinin etnik tərkibi
Etnik
qrup
1939-cu il 1959-cu il 1970-ci il 1979-cu il 1999-cu il 2009-cu il
Əhali % Əhali % Əhali % Əhali % Əhali % Əhali %
azərbaycanlı 4 185 43.46% 25 393 42.30% 75 396 55.63% 141 616 68.85% 271 119 95.74% 302 461 97.74%
ləzgi 69 0.72% 891 1.48% 3 124 2.30% 5 340 2.60% 4 402 1.55% 3 488 1.13%
rus 4 275 44.40% 20 753 34.57% 35 055 25.86% 37 089 18.03% 4 667 1.65% 2 143 0.69%
talış 2 0.02% 2 0.01% ... ... ... ... 535 0.19% 475 0.15%
türk 2 0.02% ... ... ... ... ... ... 105 0.04% 179 0.06%
tatar 204 2.12% ... ... 1 265 0.93% 1 417 0.69% 796 0.28% 116 0.04%
tat ... ... 33 0.05% 103 0.08% 90 0.04% ... ... 96 0.03%
ukraynalı 359 3.73% ... ... 3 019 2.23% 2 529 1.23% 833 0.29% 94 0.03%
yəhudi 19 0.23% 722 1.20% 1 307 0.96% 1 239 0.60% 135 0.05% 60 0.02%
gürcü 19 0.23% 104 0.17% 294 0.22% 166 0.08% 46 0.02% 29 0.01%
avar 1 0.01% 11 0.02% 37 0.03% 40 0.02% ... ... 27 0.01%
qrızlı ... ... ... ... ... ... ... ... ... ... 14 0.01%
kürd ... ... ... ... 7 0.01% 10 0.01% ... ... 9 0.01%
erməni 201 2.09% 6 984 11.63% 13 268 9.79% 13 818 6.72% 21 0.01% 8 0.01%
saxur ... ... ... ... 2 0.01% 5 0.01% ... ... 8 0.01%
udin ... ... ... ... 14 0.01% 36 0.02% ... ... ... ...
digər 293 3.04% 5 133 8.55% 2 649 1.95% 2 299 1.12% 525 0.19% 239 0.08%
cəmi 9 629 100% 60 026 100% 135 540 100% 205 694 100% 283 184 100% 309 446 100%

 

Ekoloji vəziyyət

Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Alüminium zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir "payı" bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında "Kimyasənaye" İstehsal Birliyinin də çox böyük "əməyi" var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 iyul 2001-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri "Sintezkauçuk" birliyində "EP-300", "Üzvisintez" birliyində "Polimer-120" və başqa müəssisələr tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həmdə bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxışdan "İnşaatçılar" və "Kimyatikinti" yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.

 

Təhsil

1952-ci ilə qədər şəhərdə Corat məktəbi daxil olmaqla 3 məktəb fəaliyyət göstərmişdir ki, həmin dövrdə bu məktəblər Bakı şəhərinin tabeliyində olmuşdur. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradılmışdır. Həmin ildə şəhərin 3 məktəbində 4 minə yaxın şagird təhsil almışdır.

Hazırda şəhərdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.

Məktəbdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.

Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.

Bu kateqoriyadan olan, həmçinin aztəminatlı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.

Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.

Şəhərdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.

İstər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə müxtəlif yeni pilot layihələr, xüsusilə sağlamlıqlarında qüsur olan uşaqların məktəb və bağçalarda adi uşaqlarla bir yerdə təhsili – inkluziv təhsillə bağlı geniş layihələr həyata keçirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə məktəbəqədər tərbiyə müəssisələrimizlə bağlı şəhərimiz pilot layihəsinə salınmışdır. Şəhərimizdə çoxsaylı monitorinqlər aparılmış, treninqlər, görüşlər keçirilmişdir. Xeyli metodik vəsaitlər işlənib hazırlanmış və çap olunmuşdur.

Bəzi bağçaların beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun "Addım-addım" proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in "Yuva" humanitar təşkilatının iştirakı ilə "Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası" proqramına qoşulmuşdur.

 

Ali təhsil müəssisələri

  • Sumqayıt Dövlət Universiteti
  • Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı
  • Bakı İslam Universitetinin Sumqayıt şöbəsi

 

Səhiyyə

Sumqayıtda Səhiyyə Şöbəsi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər "Sumqayıt şəhər Səhiyyə şöbəsi" adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı Birləşmiş xəstəxanadır.

Xəstəxanalar

  • 1 saylı xəstəxana (Təyinatı: Müalicə profilaktika işi; Tutumu: 460 çarpayı)
  • 2 saylı xəstəxana (Təyinatı: Çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım; Tutumu: 400 çarpayılıqdır)
  • 3 saylı xəstəxana (4 profildə fəaliyyət göstərir: terapiya, cərrahiyə, ginekalogiya, doğum çarpayıları)
  • Bərpa xəstəxanası (Tutumu: 190 çarpayı; o cümlədən, Terapiya şöbəsi: 60 çarpayı, Nevrologiya: 60 çarpayı, Cərrahiyyə: 40 çarpayı, Kardiologiya: 30 çarpayı. Bundan əlavə rentgen, laboratoriya və fizioterapiya şöbələri və funksional diaqnostika kabineti də fəaliyyət göstərir. Xəstəxana əsas etibarilə planlı xəstələri qəbul edir.)
  • Akademik U. Musabəyli adına Rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxana (Təyinatı: ixtisaslaşdırlmış Oftalmoloji xidmət; Xəstə tutumu: 120 çarpayı)
  • Uşaq xəstəxanası (Təyinatı: Çox profilli uşaq xəstəxanası; Xəstə tutumu: 320 çarpayılıq)

 

Mədəniyyət və incəsənət

Şəhər Mədəniyyət və Turizm İdarəsi

1950-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 19 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıtın Tarixi Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Kino-Video Birliyini, Nəsimi adına Mədəniyyət və İstirahət Parkını birləşdirir. Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır.

Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – "Gənclik", "Veteran", "Poeziya", 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C.Cabbarlı adına mədəniyyət evi, N.Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, "Energetik" mədəniyyət evi, "İnşaatçılar" mədəniyyət evi, "28 may" mədəniyyət evi, "Dostluq" mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir.

 
Poçt markası (2004).

Şəhər Mədəniyyət İdarəsi nəzdində olan təşkilatlar:

Klublar
  • "Gənclik"
  • "Veteran"
  • "Poeziya"
  • 4 saylı şəhər klubu
  • 5 saylı şəhər klubu
  • 6 saylı şəhər klubu
  • Sumqayıt Şəhər Əli Kərim adına “Poeziya” klubu
Mədəniyyət evləri
  • Cəfər Cabbarlı adına mədəniyyət evi
  • Nəriman Nərimanov adına mədəniyyət evi
  • Mərkəzi Şəhər Mədəniyyət evi
  • "Energetik" mədəniyyət evi
  • "İnşaatçılar" mədəniyyət evi
  • "28 may" mədəniyyət evi
  • "Dostluq" mədəniyyət evi
  • Corat mədəniyyət evi

 

Musiqi və incəsənət məktəbləri

  • Qara Qarayev adına Uşaq Musiqi Məktəbi
  • Bülbül adına Uşaq İncəsənət Məktəbi
  • Səid Rüstəmov adına Musiqi Məktəbi
  • Əhməd Bakıxanov adına İncəsənət Məktəbi
  • Fikrət Əmirov adına Musiqi Məktəbi

 

İdman

Sumqayıt hər zaman perspektivli idmançılara malik olmuşdur. Şəhərdə bir sıra idman klubları mövcud olmuş və olmaqdadır. Bu klubların adları belədir: "Xəzər", "İnşaatçı", "Kimyaçı", "Sumqayıt", "Polad", "Kainat", "Vosxod", "Metallurq", "Gənclərbirliyi", "Gənclik-95", "Standard" və başqaları

 

Nəqliyyat

Motorway Sign Black.png Avtomobil yolları və magistrallar

Bus stop symbol.svg İctimai nəqliyyat

Sumqayıtda 11 mart 1959-cu ildən 2003-cü ilin iyul ayına kimi tramvay fəaliyyət göstərmişdir. Əsas istifadə edilən tramvay modeli KTM5 olmuşdur.

Bahn aus Zusatzzeichen 1024-15 A.png Dəmiryolu vağzalı

Filmoqrafiya

Sumqayıtın yaranma tarixi ilə bağlı 2009-cu ildə ANS televiziyasında "60 yaşında cavan" adlı sənədli film hazırlanaraq efirə verilmişdir. Filmin müəllifi ANS TV-nin əməkdaşı Namiq Hüseynovdur.

 

Tanınmış sakinləri

Şəhərin tanınmış sakinlərdən şahmatçı Şəhriyar Məmmədyarov, müğənni Ədalət Şükürov, futbolçu Nazim Süleymanov, balaban ifaçısı Əlixan Səmədov, aktrisa Dilarə Əliyeva, karateçi Rafael Ağayev, paraolimpiyaçı İlham Zəkiyev və digərlərini qeyd etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR