Slimfit
  1. MEDİA

Sultan Logistic şirkəti müştəriləri əməkdaşlığa dəvət edir

Sultan Logistic şirkəti müştəriləri əməkdaşlığa dəvət edir
Sakura

Sultan Logistic şirkəti müştəriləri əməkdaşlığa dəvət edir

Azərbaycanda logistika xidmətləri göstərən "SULTANLOGİSTİC" şirkəti nüfuzunu qorumaqla öz müştərilərinə daha səmərəli təkliflərlə getdikcə daha böyük uğurlarına imza atır. "SULTANLOGİSTİC" Yük daşımaları sahəsində uzunmüddətli təcrübəyə malikdir. Bu şirkət gömrük xidmətlərinin müasir tələbləri və öz mütəxəssisləri ilə konkret yüklərin ən yaxşı çatdırılma seçiminin necə inkişaf etdirəcəyini mükəmməl bilir. Şirkətdə loqistika sahəsində ixtisaslaşmış mütəxəssislər çalışır ki, onlar peşəkar sürücülər, ekspeditorlar və menecerlərdən ibarətdir. 

“SULTANLOGİSTİC” öz müştəriləri ilə müqavilənin bütün şərtlərinin yerinə yetirilməsinə və malların müəyyən bir müddətdə təyinat yerinə çatdırılmasına “qızıl zəmanət” verir. Şirkət özəl avtomobil parkına - parkında çadır vaqonlara, soyuducu vaqonlar və konteyner daşıyıcılarına sahibdir. Azərbaycandan MDB ölkələrinə, Avropaya və əks istiqamətdə çatdırılma xidmətləri qüsursuz olaraq  “SULTANLOGİSTİC” ilə mümkündür. Adıkeçən şirkət ABADA-nın üzvüdür. Burada yükün ağırlığından, həcmindən və təbiətindən asılı olaraq daşıma üçün müvafiq vasitələrin təminatı nəzərdə tutulur. Əsasən, bu məqsədlər üçün şirkətin müxtəlif adda daşımaq qabiliyyətli maşınlarından istifadə olunur. Tez xarab olan mallar izolyasiya olunmuş mikroavtobuslarda və ya soyuducu yük maşınlarında da daşına bilir. Şirkət öz müştərilərinə konteynerlərin, böyük ölçülü yüklərin və konveyerlərdə xüsusi avadanlıqların daşınması xidmətlərini də təklif edir. 

Bilirsiniz ki, avtomobil nəqliyyatı yük daşınmasında ən səmərəli vasitələrdəndir.

Şirkətə məxsus yükdaşıyan nəqliyyat vasitələri yükləmə nöqtəsinə sürətlə çatdırılır və nəqliyyat sənədlərinin işlənməsi prosesini (CMR, TIR) mümkün qədər sadə yolla və çox vaxt çəkmədən həyata keçirir. 

“SULTANLOGİSTİC” şirkəti qrup və kiçik yüklərin beynəlxalq istiqamətlərə daşınması üçün birdəfəlik və uzunmüddətli logistika xidmətlərinin göstərilməsi üçün də özəl sifarişlərə açıqdır.

Şirkət maraqlanan hər kəsi əməkdaşlığa dəvət edir.

Ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz: sultanlogistic.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR