Dərc edildi: Baxış sayı: 796
Sülhməramlılar Qarabağdan geri çəkilir?
2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirlərindən sonra Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlı kontingentinin 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.
Ens.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.Bunun əvəzində yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 6 post quraşdırılıb. Onlardan 2-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.
Qeyd edək ki, Rusiya MN-nin 17 oktyabr tarixli bülletenində Qarabağda 13 postun quraşdırıldığı qeyd edilmişdi. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət