Slimfit
  1. CƏMİYYƏT

"Sükut"u pozan namizədi nə gözləyir?

"Sükut"u pozan namizədi nə gözləyir?
Sakura

"Sükut"u pozan namizədi nə gözləyir?

“Sükut günü” namizədin təbliğat aparması pozuntu sayılır. Əgər bu gün namizəd təbliğat-təşviqat aparsa, Mərkəzi Seçkilər Komissiyası tərəfindən ona xəbərdarlıq ediləcək.

Bu sözləri Axar.az-a hüquqşünas Əliməmməd Nuriyev seçkiyə 24 saat qalmış başlayan “sükut günü”ndə təbliğat aparan namizədi gözləyən cəza barədə danışarkən deyib.

Ə.Nuriyev bildirib ki, namizədə veriləcək cəza sükutu pozmanın dərəcəsindən asılıdır:

“Əgər bu gün namizəd təbliğat-təşviqat aparacaqsa, təbii ki, Mərkəzi Seçki Komissiyasl tərəfindən ona xəbərdarlıq ediləcək. Dərəcəsindən asılı olaraq da cəzalandırılacaq. Ancaq istənilən halda o namizədin seçkilərdən uzaqlaşdırılması mümkün deyil. Çünki bu, ancaq məhkəmənin qərarı ilə ola bilər.

İnanmıram ki, hansısa namizəd "sükut günü" təbliğatla məşğul olmağa çalışsın. Çünki bu, həmin namizədin yetərincə məsuliyyət sahibi olmadığını göstərən faktdır. Kifayət qədər zaman ayrılmış təbliğat dönəmində heç nə edə bilməyib, "sükut günü"ndə təbliğat materialı paylaşan namizədin peşəkarlığına şübhə yaranır.

Namizəd həmçinin sosial şəbəkə hesabında da özü və təbliğatı ilə bağlı heç bir paylaşım etməməlidir. Ancaq o, ictimai şəxsdirsə, istənilən mövzuda müsahibə, açıqlama verə bilər. Yalnız seçki, özü, apardığı təbliğat, gördüyü işlər, namizəd olduğu dairə ilə bağlı heç bir fikir bildirməməlidir”.

Ə.Nuriyev bildirib ki, bir namizədlə bağlı hansısa jurnalistin də məlumat paylaşıb, təbliğat aparması sükutun pozulması deməkdir:

“Bununla bağlı jurnalistə də xəbərdarlıq edilə bilər”.

Xatırladaq ki, sabah Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bu gün “sükut günü”dür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR