Slimfit
  1. MARAQLI

Süd sümükləri zəiflədirmiş… Bəs nə edək? - Yeni araşdırma

Süd sümükləri zəiflədirmiş… Bəs nə edək? - Yeni araşdırma
Sakura

Süd sümükləri zəiflədirmiş… Bəs nə edək? - Yeni araşdırma

Çoxumuz əmin idik ki, süd kalsium mənbəyidir və sümüklərimizi bərkidir. Ona görə çox süd içmək xeyirlidir. Əgər günə 1-2 stəkan süd içsək qocalana kimi sümük və dişlərimiz möhkəm olacaq.
 
Medicina.az xəbər verir ki, isveç alimləri yeni elmi tədqiqatları ilə sübut ediblər ki, vəziyyət əksinədir, süd sümükləri zərif edir.
Alimlər 39-72 yaş arası 60 min qadının məlumatlarını incələyiblər. Məlum olub ki, qidasında daha çox süd olan, günə 1-2 stəkan süd içmiş qadınlarda travmadan sümük zədələri, sınmaları daha çox olub. Hətta yaşlı vaxtı yıxılaraq, sümüyünü sındırıb ölənlər də süd içirmiş.
 
Alimlər bunun səbəbini süddə olan laktozada görür. Laktozanın tərkibində olan bir maddə sümükləri turşulaşdırır, iltihab yaradır, nəticədə daha irəli yaşlarda sümüklərin deqradasiyası baş verir. Laktozada həm də özünəməxsus şəkər elementi də var.Alimlər turş süd məhsullarının, pendirin neqativ təsirinin daha az olduğunu bildirir, çünki onlarda laktoza daha azdır. Odur ki, sadəcə süd içmək yox, şor, pendir, kəsmik yemək  daha yaxşı olar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR