Slimfit
  1. DİN

Sübh namazı

Sübh namazı
Sakura

Sübh namazı 2 rəkətdir və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır.

Sübh namazının qılınma qaydası

  1. Niyyət ;
  2. Qiyam;
  3. Təkbirətul-ehram;
  4. Həmd və surə oxumaq;
  5. Ruku;
  6. Rukudan qalxmaq;
  7. 2 səcdə;
  8. Ayağa qalxma;
  9. Həmd və surə oxumaq;
  10. Ruku;
  11. Rukudan qalxmaq;
  12. 2 səcdə;
  13. Təşəhhüd;
  14. Salam.

Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun.

Niyyət

2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün).

Qiyam

Ayaq üstə üzü qibləyə dayanmaq.

Təkbirətul-ehram

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Həmd və surə oxumaq

Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı, yəni ayaqda sırasıyla : 1.Sübhaneke 2.Eüzü - besmele 3.Fatihə surəsi 4.Qurandan başqa bir surə oxumalı.

Ruku

Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

2 səcdə

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Alının qoyulduğu əşya torpaqdan alınan, yeməli, içməli olmayan əşya olmalıdır. Məsələn, daş parçası, taxta parçası, qum, çınqıl, torpaq, gil və s. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan (müstəhəbdir ki sol budun üstə oturasan və sağ ayağı sol ayağının üstə qoyasan). Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən `əbduhu və rəsuluh. Əllahummə səlli `əla Muhəmmədin və ali Muhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əl-həmdu lillah", yaxud "Bismillahi və billah. Və xəyrul-əsmau lillah" deyəsən.

Salam

Vacibi miqdarı - "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR