Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Su istehlakı orqanizmin koronavirusa qarşı müqavimət qabiliyyətini artırır

Su istehlakı orqanizmin koronavirusa qarşı müqavimət qabiliyyətini artırır
Sakura

Həkimlər, su istehlakının orqanizmin koronavirusa qarşı müqavimət qabiliyyətini artırdığını müəyyən…

Maye , patogenləri orqanizmdən effektiv şəkildə xaric edir.

Kifayət qədər içməli su istehlakı, insan orqanizminin qoruyucu funksiyasını yaxşılaşdırır və nəticədə koronavirus infeksiyasına qarşı daha effektiv müqavimət göstərə bilir.

Mürəkkəb epidemioloji dövr - orqanizmin suya olan ehtiyacının optimal ödənilməsini təmin etmək üçün, sizə gərəkli olan su miqdarını yenidən nəzərdən keçirmək üçün bir fürsətdir. Ens.az qeyd edir ki, alimlərlərin sözlərinə görə kifayət qədər su içmək, bədənin bütün əsas sistemlərinin işini yaxşılaşdıra bilər.

"Koronavirus pandemiyası zamanı əllərin müntəzəm yuyulması ilə şəxsi gigiyena səviyyənizi yüksəltməklə kifayətlənməməli, pis vərdişlərdən yaxa qurtarmalı, orqanizmin hidratlaşmasına (suyun toplanması) daha çox diqqət yetirməyə başlamalısınız. Yadda saxlayın ki, orqanizm üçün lazım olan miqdarda su içmək immunitet sisteminizin qoruyucu funksiyalarını artırır " deyə ekspertlər bildirirlər.

ABŞ-ın "Xəstəliklərə nəzarət və qarşısının alınması Mərkəzləri" ndə çalışanlar qeyd edirlər ki, hidratlaşma təkcə immun sistemin fəaliyyətini yaxşılaşdırmır, eyni zamanda orqanizmin öz temperaturunu optimal şəkildə tənzimləməsinə imkan verir. Bu isə COVID-19 əlamətləri meydana çıxdıqda çox vacibdir.

Üstəlik su, bədəndən virus hissəciklərinin çıxarılmasına kömək edir, bu da sağalmanı əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

"Xəstələndiyimiz zaman bədən çoxlu maye itirir, bunun sayəsində də daha effektiv şəkildə patogenləri uzaqlaşdırır. Bizim vəzifəmiz kifayət qədər su istehlak edərək bədənin xəstəliyi aradan qaldırmasına kömək etməkdir" deyə həkimlər vurğulayırlar.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR