Stiven Havkinqin əşyaları rekord məbləğdə satıldı
Stiven Havkinq elm sahəsində xüsusi yerə malik şəxslərdən biridir. Onun dünya elminə verdiyi tövhələr olduqca vacib xarakter daşımaqdadır. Erkən yaşda ALS xəstəliyinə düçar olmasına baxmayaraq, yaşadığı müddətcə insanlara faydalı olmağa çalışıb. Havkinqin ölümündən sonra onun şəxsi əşyalarından ibarət kolleksiya satışa çıxarılıb və təqribən 12 milyard sterlinq gəlir gətirib. Əldə olunan məbləğin bir qismi alimin öz adını daşıdığı Stiven Havkinq Yardım Cəmiyyətinə, digər qismi isə ALS xəstəlikləri dərnəyinə bağışlanıb.
Bu əşyalar arasında ən çox gəlir gətirən alimin 10 il istifadə etdiyi əlil arabası olmuşdur. Havkinq üçün xüsusi hazırlanmış bu vasitə hərracda 300 000 sterlinqə satılmışdır.
1965-ci ilə məxsus və Havkinq imzası daşıyan 117 səhifəlik “Genişlənən Qalaktikanın Xüsusiyyətləri” tezisi 584 750 sterlinqə alıcısına təqdim olunub. Əslində belə satış rəqəmi rekord hesab oluna bilər, çünki ilk başlanğıcda onun qiyməti 150.000 sterlinq olaraq dəyərləndirmişdi.
Havkinqin rekord məbləğə satılan əşyaları arasında aldığı medal və mükafatlar da yer almaqdadır. Onların ümumi dəyəri 296.750 sterlinq təşkil edirdi.
1988-ci ildə satışa çıxan və rekord həddə satılan “Zamanın Qısa Tarixi” əsəri Havkinq imzası daşıdığı üçün rəğbət görən əşyalar arasında yer almağı bacarıb.
Bir digər maraqlı nüans hərracda Havinqin yer aldığı Simpsons cizgi filminin bir bölümünün ssenarisi olub. Bu ssenari bir qədər simvolik xarakter daşımasına baxmayaraq, 6500 sterlinqə öz alıcısını tapıb. Təbii ki, burda əsas məqsəd yardım kampaniyasına dəstək verməkdir.
Havkinq kimi böyük bir alimə aid kiçik bir hissənin mənəvi dəyəri olduqca böyük məna kəsb edir ki, insanlar alimin əşyalarına bu qədər böyük məbləğlər sərf etməyi israfçılıq hesab etmirlər.
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət