Slimfit
  1. İQTİSADİYYAT

STAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”

STAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”
Sakura

STAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”

Dünya bazarında neftin qiyməti 3 ay ərzində 15-20 dollar/barel, 6 ayda 20-25 dollar/barel, 9 ayda 25-30 dollar/barel, 1 ildə isə 30-35 dollar/barel arasında ola bilər.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yerləşən STAR neft emalı zavodunun baş direktoru Mesut İlter bildirib.

Bununla belə, o qeyd edib ki, koronavirusun vəziyyətindən asılı olaraq bu qiymətlər çox fərqli ola bilər.

“Bildiyiniz kimi, OPEC+ ölkələrinin may ayının 1-dən iyunun sonuna kimi gündəlik neft hasilatını 9,7 mln. barel azaltmaqla bağlı razılığa gəlməsindən sonra neftin qiymətlərində canlanma müşahidə olunmuşdu. Düşünürəm ki, neft qiyməti koronovirusun vəziyyətinə görə formalaşacaq. Epidemiyanın müddəti uzanarsa, qiymətlərin bərpası çox uzun çəkə bilər. Təxmin edirəm ki, orta və uzunmüddətdə qiymətin artmasını müşahidə edə bilərik. Amma bu artım sürətlə baş verməyəcək”, - M.İlter əlavə edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR