Slimfit
  1. AZƏRBAYCAN

Stalik Xankişiyev: Ermənilər bizi “vəhşi xalq” kimi tanıtdırmağa çalışırlar

Stalik Xankişiyev: Ermənilər bizi “vəhşi xalq” kimi tanıtdırmağa çalışırlar
Sakura

Stalik Xankişiyev: Ermənilər bizi “vəhşi xalq” kimi tanıtdırmağa çalışırlar

Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar, teleaparıcı, kulinariya üzrə bir çox kitabların müəllifi olan Stalik Xankişiyev onun dolmanı hər zaman Azərbaycan mətbəxinə aid yemək kimi təqdim etməsini həzm edə bilməyən erməni kulinar Sedrak Mamulyanı kəskin tənqid atəşinə tutub.

Sosial şəbəkədəki postlarından birində Stalik Xankişiyev tarixə ekskursiya edərək, təkzibolunmaz faktlar ortaya qoyub və Azərbaycan mətbəxinin adıçəkilən yeməyinə daima iddia edən erməniləri yerinə oturdub.  

Oxu.Az Stalik Xankişiyevin “Facebook” səhifəsindəki postundan bəzi çıxarışları təqdim edir:

“Sedrak, mənim sizin mövcudluğunuz haqda bir neçə məqalə və müsahibədən sonra xəbərim oldu. Həmin materiallarda siz dolmanın YUNESKO tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsi kimi tanınması ilə bağlı kifayət qədər hirsli danışırdınız. Həmin məqalələlərdə siz mənim artıq 20 il ərzində min dəfə eşitdiyim dolmanın guya erməni mənşəli yemək olduğuna dair arqumentləri təkrarlayırdınız. Təəssüf ki, həmin yazılarda təzə bir şey yox idi.

Bağışlayın ki, Sizin üçün yaralı olan məsələdən başlayıram. Siz erməni olaraq, erməni xalqının Türkiyədə “soyqırımı” faktını tanıyırsınız? İndi bunun olub-olmadığı barədə mübahisə etmək istəmirəm, sadəcə, sizdən soruşuram – siz bunu qəbul edirsiniz?  Əgər qəbul edirsinizsə, onda davam edək.

Deməli, siz Türkiyədə ermənilərin yaşadığını təsdiq edirsiniz, düzdür? Yəni, əsas xalqı türklərdən ibarət imperiya var idi, ermənilər və digər etnik azlıqlar da onun ərazisində, türklərlə birgə yaşayırdı. Elə deyilmi?  İndi bu sualıma cavab verin, ermənilər neçə əsrdir xristianlığa etiqad edir? Bəs Türklər neçə əsrdir, İslama etiqad edir.

Siz bilirsiniz ki, İslam şəriətində müəyyən qidalara qadağalar var - donuz ətini və müvafiq dua oxunmadan kəsilmiş hər hansı heyvan ətini yemək olmaz. İndi deyin görüm, Türkiyədə yaşayan ermənilər İslam şəriətinə əməl edirdi. yoxsa istədikləri kimi qidalanırdı? Əlbəttə ki, şəriətə əməl etmirdi və donuz əti belə yeyirdi.

Belə olan halda türk əsilli müsəlmanların ermənilərə yaxınlaşıb, onların bişirdiyi yeməyin dadına baxması nə dərəcədə inandırıcıdır? Əlbəttə ki, belə deyil.

İndi əksinə baxaq: ermənilərin türk yeməklərini dadmasına mane olan hər hansı hal var idimi?  Xristianlıqda halal qidanın qəbulu ilə bağlı hər hansı qadağa yoxdur. Ermənilər sərbəst şəkildə türk yeməklərini yeyə bilərdi və yeyirdilər də. Ona görə də kulinar informasiyanın mübadiləsi müstəsna olaraq birtərəfli olub, yəni ermənilər türklərdən götürüb, böyük xalqdan kiçik xalqa keçib, əksinə yox.

Ermənistan dilində nə qədər türk mənşəli sözlərin olduğuna bir nəzər yetirin. Ancaq azərbaycan və türk dillərində erməni əsilli sözlər, ümumiyyətlə, yoxdur. Bir dənə olsun belə. Əgər varsa, deyin, hansılardır? Türk dillərində erməni kökləri yoxdur, erməni dilində isə əksinə, var!

Əminliklə deyə bilərik ki, Rusiya imperiyasının erməni xalqına  tarixi yardımı olmasaydı, bu gün ermənilər əsil erməni sözlərinin tək-tük olduğu türk dialektində danışardı”.

“Kulinar iddialardan başqa, erməni təbliğatçılar bizim torpaqlara dair iddialar irəli sürür”, - deyə Xankişiyev bildirib.

“Bu  iddiaları möhkəmləndirmək üçün Azərbaycan xalqını “insansızlaşdırmaq” lazımdır, bütün dünyanı inandırmaq lazımdır ki, azərbaycanlıların öz mədəni irsi yoxdur, hər şeyi ermənilər yaradıb, ətrafda olan hamıya yemək bişirməyi, xalça toxumağı, mahnı oxumağı,  musiqi ifa etməyi və bəstələməyi  ermənilər öyrədiblər. Azərbaycanlılar isə “Altaydan gələn vəhşilərdir”, köçərilərdir, ona görə də gəldikləri yerə rədd olub getsinlər. Fikrimi düz çatdırıram, Sedrak? Siz belə düşünürsüz? Belə deyilsə, bütün bu mübahisələr nəyə lazım, onların səbəbi nədir?

Və indi birdən-birə, iri müsəlman xalqları arasında dağınıq kiçik xalq az qala bütün yeməklərin onlar tərəfindən yaradıldığını car çəkir!

Heç bilirsiniz, bu, kənardan necə görünür? Çox axmaq, gülməli və həqiqətə uyğun olmayan...

Deyirsiniz, dolma erməni yeməyidir? Növbəti yazımda bunun belə olmadığını təfsilatı ilə isbat edəcəyəm”, - deyə Xankişiyev bildirib.

www.oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR