SSRİ bombalanacaq: Zarafat, ya düşünülmüş ssenari?
1984-cü ildə ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın Sovet İttifaqının bombalanması ilə bağlı söylədiyi yalnız zarafat deyildi, əksinə, Amerikanın SSRİ-nin dağılması ilə bağlı hazırladığı ssenarilərdən bir sitat idi.
Axar.az xəbər verir ki, bunu 80-ci illərdə SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatında işləmiş general-polkovnik Leonid İvaşov deyib.
“O vaxta ABŞ-da SSRİ-nin hərbi və ya qeyri-hərbi ssenari əsasında dağıdılması ilə bağlı 10 illik plan qəbul olunmuşdu. Hesab edirəm ki, Reyqan SSRİ-nin bu və ya digər şəkildə dağılacağını bildiyi üçün öz nitqində planda olan sözlərdən istifadə etdi. Əslində bu, yumor deyildi”, - İvaşov bildirib.
Qeyd edək ki, 1984-cü ilin 11 avqustunda ABŞ Prezidenti Ronald Reyqan çıxışında SSRİ-nin 5 dəqiqədən sonra bombalanacağı ilə bağlı zarafat etmişdi.
ABŞ vətəndaşlarına müraciətə hazırlaşan Reyqan demişdi: “Mənim amerikalı həmvətənlərim, mən Rusiyanın əbədi olaraq qanunsuz elan olunması barədə sərəncam imzaladım. Bombardman 5 dəqiqədən sonra başlayacaq”.
Mikrofon açıq olduğu üçün prezidentin bu zarafatını hər kəs eşitmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət