Dərc edildi: Baxış sayı: 515
“Spartak” çempion olmalıdır – Vahid Ələkbərov
2018-2019-cu illər mövsümündə “Spartak” klubunun turnir cədvəlində ilk sıranı tuta bilməməsi normal haldır.
Axar.az xəbər verir ki, bu sözləri “Spartak” klubunun titul sponsoru “Lukoyl”un rəhbəri Vahid Ələkbərov deyib.
“Heç bir komanda ilbəil çempion ola bilməz. Bu, normaldır. Hazırda kadr dəyişiklikləri gedir. Əminəm, “Spartak” güclü komandadır və gələcəkdə çempion olmalıdır”, - Ələkbərov bildirib.
Qeyd edək ki, “Spartak” klubu Rusiya çempionatını beşinci pillədə tamamlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət