Dərc edildi: Baxış sayı: 531
Soyuqdəyməni sağaldan ədviyyatlı içki
Ədviyyatlar güclü mikrob, virus və iltihab əleyhinə təsirə malikdir.
Soyuqdəymə zamanı ədviyyatlardan istifadə çox yaxşı müalicəvi təsir edir - nəfəs yolları selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
Soyuqdəymə zamanı belə faydalı ədviyyatlı içki hazırlaya bilərsiniz. Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti (qaynar yox!) su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət