Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Soyuqdəymədən qorunmaq üçün mütləq bu şorbadan içməlisiniz

Soyuqdəymədən qorunmaq üçün mütləq bu şorbadan içməlisiniz
Sakura

Soyuq havalarda xəstələnmək istəmir, yaxud da xəstəliyi yüngül keçirmək istəyirsinizsə, menyunuza toyuq…

Soyuq havalarda xəstələnmək istəmir, yaxud da xəstəliyi yüngül keçirmək istəyirsinizsə, menyunuza toyuq şorbası daxil edin.

Publika.az xəbər verir ki, toyuq suyu soyuqdəyməyə qarşı əsl şəfa mənbəyidir. Toyuq şorbasının içərisində olan maddələr xəstəliklə mübarizə aparan ağ qan hüceyrələrinin ifrazına kömək edir. Araşdırmalar göstərib ki, toyuq suyu insan vücudunda hüceyrələrin böyüməsi və bərpası üçün lazım olan zəngin amin turşusu qaynağıdır. Amin turşusu mövsüm ərzində bədəni soyuqdəymə və digər xəstəliklərə qarşı qoruyur.

Bəzi xəstəliklər orqanizmdə yüksək dərəcədə su itkisinə səbəb olur. Bu zaman həddən artıq maye qəbulu məsləhət görülür. Bol maye qəbulu allergen və xarici faktorlarla, həmçinin bədənin antikorlarla mübarizədə çox təsirli üsuldur. Bu baxımdan toyuq suyu şorbası insanların su ehtiyaclarını qarşılayır və toksik maddələrin bədəndən çıxarılmasına kömək edir.

Antiseptik xüsusiyyətləri

tavuk suyu

Toyuq suyu duzlu su qarqarası ilə oxşar xüsusiyyətlərə malikdir. Boğaz, ağız və badamcıqlardakı zərərli amillərin aradan qaldırılmasına kömək edir.

İmmunitet sistemi polad kimi gücləndirir

Bədənə enerji verən toyuq suyuna müxtəlif tərəvəzlər əlavə etdikdə onun faydası ikiqat çoxalır. Toyuq şorbası bakteriya və iltihabların bəlğəm yolu ilə vücuddan xaric olunmaısna kömək edir. Soyuqdəyməyəni müalicə edən şorba eyni zamanda sinusları təmizləyir.

oıı

İmmun sisteminin sağlamlığı bağırsaqlarımızdakı faydalı mikrobların zərərvericilərdən daha çox olmasından asılıdır. Bu balans pozulduqda və ya qidalar kifayət qədər həzm olunmadıqda bəzi maddələr qana keçir. Bu, uzun müddətli iltihablı revmatik xəstəliklərin inkişafına səbəb ola bilər. Bu zaman immunitet zərərli maddələrlə mübarizə aparmaq üçün fəaliyyətə keçir. Odur ki, toyuq şorbasında olan bir çox faydalı maddələr həzmi və bağırsaqların vəziyyətini yaxşılaşdıraraq mənfi proseslərin inkişafına mane ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR