Soyuq aylar gələn kimi qrip xəstəliyinə tutulanların sayı da artır
Soyuq aylar gələn kimi qrip xəstəliyinə tutulanların sayı da artır. “Gencaile.az” xarici KİV-ə istinadən qrip və soyuqdəyməni yüngülləşdirən məsləhətləri təqdim edir:
İlıq şorba – qrip olduqda hər gün bir kasa ilıq şorba için. Antiseptik xüsusiyyətləri sayəsində şorba boğaz ağrıları və qrip əlamətlərini azaldır.
Portağal suyu – hər gün bir stəkan portağal suyu içmək soyuqdəymə və qrip riskini azaltmaq üçün ən əlverişli üsuldur.
Evkalipt – antiseptik xüsusiyyətləri sayəsində evkalipt öskürəyi sakitləşdirir, hətta, bronxitlə mübarizədə kömək edir.
Bal və limon siropu – 2 stəkan limon suyu və 7 qaşıq balı qarışdırın. 1 saat bişirib soyumasını gözləyin. İlk gün hər saatdan bir 2 yemək qaşığı, iki gündən sonra 3 saatdan bir 1 qaşıq yeyin.
Bol maye qəbulu – çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir. Qrip olan zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət