Dərc edildi: Baxış sayı: 889
Soyuqdəymə zamanı bu qidalardan uzaq durun - Orqanizmdə histamini artırır
Xəstəliyin qarşısını almaq üçün yeməli olduğumuz qidalarla çoxlarımız tanışıq . Ancaq soyuqdəymə zamanı hansı qidalardan çəkinəcəyimizi bilmirik. Türkiyəli diyetoloq Aslıhan Altuntaş, soyuqda hansı qidalardan qaçmaq lazım olduğunu sadalayıb.
Medicina.az xəbər verir ki, onun sözlərinə görə soyuqdəymə zamanı histamin artıran qidalardan uzaq durmaq lazımdır. Histamin orqanizmdə müxtəlik allergik reaksiyalar yaradan maddədir. Histamin dəridə ortaya çıxdıqda qaşıntı, ağciyərlərdə ortaya çıxdıqda bronx daralması, bütün bədəndə ortaya çıxdıqda allergiya şoku (anofilaktik şok) yarada bilər.
Köhnə pendir
Belə pendir histamin artıran qidalardan biridir. Xəstəliklərin qarşısını almaq üçün histamin artıran qidalardan qaçmaq lazımdır. Köhnə pendirlər yüksək dərəcədə histamin tərkibinə malikdir. Yeni və pasterizə edilmiş pendirlərə üstünlük vermək lazımdır.
Şokolad
Histamin ifrazını artıran qidalardan biri də şokoladdır. Tərkibindəki şəkər səbəbiylə allergiya və soyuqdəymə hallarında xüsusilə uzaq durmaq lazımdır.
Yaşıl çay
Yaşıl çay faydalı hesab edilsə də, soyuqdəymə zamanı tərkibinə görə qəbulu məsləhət görülmür. Bunun əvəzində siz çobanyastığı, nanə cövhəri, itburnu kimi bitkilərin dəmlənməsini içə bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət