Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Soyuqdəymə üçün həll olunan çaylar çox təhlükəlidir: həkimlərin fikri

Soyuqdəymə üçün həll olunan çaylar çox təhlükəlidir: həkimlərin fikri
Sakura

Həkim belə dərmanları uşaqlara verməyi qətiyyən tövsiyə etmir.

Həkim terapevt soyuqdəymə və qrip zamanı temperatur aşağı salan və soyuqdəyməyə qarşı həll olunan tozları qəbul etməyin lazım olmadığını izah edib.

Həkim terapevt Viktoriya Saviskaya bildirb ki, populyar tez həll olunan temperatur salan tozlar orqanizmə və onun daxili orqanlarına böyük zərbə vururlar. Bundan başqa, onlar xeyli sayda xəstəliklərin yaranmasının səbəbi ola bilər.

O izah edib ki, insan bədəninin temperaturunun yüksəlməsi müdafiə hüceyrələrinin viruslarla mübarizə aparmağının əlamətidir və buna görə də soyuqdəymə və ya qripin ilk günlərində temperaturu azaltmaq məsləhət deyil, çünki bu immunitetin xəstəliklə mübarizəsinə mane olacaq.

“Ekspertlər eyni fikirdədirlər ki, temperatur salanları ancaq 38,5 göstəricisi olduqda qəbul etmək olar. Həm də, onu tamamilə aşağı salmaq lazım deyil - 37,5 dərəcədə dayanın. Bununla belə, nəzərə alın ki, belə dərmanları ancaq evdə olarkən və heç yerə çıxmağa hazırlaşmayanda içmək olar - itburnu məhlulu və ya moruq mürəbbəsi içmək və bir neçə saat yatmaq daha məqsədəuyğundur”, - Saviskaya bildirib.

O xəbərdarlıq edib ki, tez həll olunan tozları uşaqlara vermək olmaz, çünki onlar çox toksikdir.

“Heç bir halda toz halında temperatur aşağı salan dərmanları uşaqlara verməyin - bu çox güclü, təhlükəli və eyni zamanda toksik vasitədir. Hətta böyüklər də bilməlidir ki, belə qaynar içkilər böyrəklər və mədəaltı vəzinin işinə mənfi təsir göstərir, uşaq orqanizmində isə daha böyük ağırlaşmara səbəb ola bilər”, - həkim xəbərdarlıq edir.

Viktoriya Saviskaya xəstəliyin ilk 3 gününü evdə, çarpayıda keçirməyi məsləhət görüb. Orqanizmi həddindən artıq yükləmək olmaz, və mütləq mənada çoxlu maye - ilıq mineral su (limon əlavə etmək olar), həmçinin meyvə çayları və dərman bitkiləri və ya giləmeyvə məhlulları  içmək lazımdır .

 

Mənbə: Podrobnosti.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR