Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Soyuq aylarda niyə kökəlirik? – Psixoloqdan açıqlama

Soyuq aylarda niyə kökəlirik? – Psixoloqdan açıqlama
Sakura

Soyuq aylarda niyə kökəlirik? – Psixoloqdan açıqlama

Dövrümüzün ən böyük problemlərindən biri də artıq çəkidir.

Demək olar, bir çox insan bu problemdən əziyyət çəkir. Bəzi insanlar nəfslərinə hakim çıxıb, pəhriz və idmanlarla çəkisini azalda bilsə də, bəziləri artıq kilolu olmaqlarına min bir bəhanə gətirirlər. Onların əksəriyətinin sudan, çox az yeməkdən belə kökəlmə bəhanəsi var. Hətta bəziləri soyuq aylarda iştahalarının açıldığını deyirlər.

Bu, mümkündür? Soyuq havalar insanın çəki almasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı AzNews.az-a danışan Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü, Eros psixologiya mərkəzinin psixoloqu Səbinə Bayramova bildirir ki, soyuq aylarda iştahanın açılması həm psixoloji həm də fizioloji ola bilər: “Psixoloji səbəblər insanın canının sıxlması, şəxsi problemlərinin olması, depressiv dönəm keçirməsidir. Bu zaman şəxs özünü yeməyə verir. Bu, çox tez-tez baş verən haldır və bunun adı “Mövsümi yemə sendromu”-dur. İnsanlar mövsümə bağlı yaşadıqları üçün depressiyanın fərqində olmadan karbohidratlarla özlərini müalicə etməyə çalışırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR