Dərc edildi: Baxış sayı: 254
Söyüdlüdəki vəziyyətin araşdırılması üçün Komissiya üzvləri əraziyə bir daha səfər edəcəklər
Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, Ə.Əsədov bu barədə Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında bildirib.
Baş nazir, həmçinin kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət