Slimfit
  1. AZƏRBAYCAN

Sosial müavinətlərin artımı 577 min nəfəri əhatə edəcək

Sosial müavinətlərin artımı 577 min nəfəri əhatə edəcək
Sakura

Sosial müavinətlərin artımı 577 min nəfəri əhatə edəcək

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə 16 növ sosial müavinət və təqaüd artırılıb və bu artım 577 min vətəndaşı əhatə edəcək. SİA xəbər verir ki, bunu fevralın 25-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial müavinətlərin artırılması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu islahatlara hər il 400 milyon manat vəsait sərf ediləcək. Bu il isə bunun üçün 302 milyon vəsait sərf olunacaq.

Sahil Babayev, həmçinin deyib: “Birinci qrup əlilliyi olanların təqaüdü 82 manatdan 150, ikinci qrup əlillərin təqaüdü 61 manatdan 130 manata çatdırılıb. Bütün növ müavinət və təqaüdlərə, eləcə də müharibə veteranlarına verilən təqaüdlərə və birdəfəlik müavinətlərə yüksək artım edilib. Dəfn üçün ayrılan müavinətin məbləği 300 manata çatdırılıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR