Slimfit
  1. MARAQLI

S.O.S. necə yaranıb?

S.O.S. necə yaranıb?
Sakura

S.O.S. necə yaranıb?

İndiki dövrdə teleqrafdan istifadə olunmamasına baxmayaraq morze kodlarından işıq və səs siqnalları vasitəsilə dənizçilikdə və dəmiryollarında xəbərləşmədə istifadəsinə rast gəlinir.

S.O.S beynəlxalq morze əlifbasında istifadə edilən, təcili vəziyyət siqnalıdır.

Beynəlxalq fəlakət siqnallarından biri olan sos, əsasən morze kodu ilə, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üş qısa işıq yanma ilə) verilir. S.O.S 1905-ci ildə aprelin 1-də Almaniyada qəbul edilib.

S.O.S. təcili vəziyyət siqnalının açılışı haqqında bir çox fərqli versiya var. İngiliscə adətən  “save our souls” (bizim ruhlarımızı xilas edin) kimi şərh edilir. 

S.O.S-u “save our ship” gəmimizi qurtar, “stop other signals” digər siqnalları dayandır sözlərinin qısaldılmışı kimi başa düşənlər də var. Əslində isə sos teleqraf zamanından qalma morze əlifbası ilə əlaqədardır. İmdad çağırışının çox asan yadda qalması üçün 1908-ci ildə üç nöqtə, üç xətt, üç nöqtə (…—…) olan S.O.S seçilib.

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR