Dərc edildi: Baxış sayı: 155
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Ölkə ərazisində yanvarın 3-də cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.
Bu barədə "Ens.Az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 23 və əvvəlki dövrlərdən bağlı qalan dörd cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bununla yanaşı, axtarışda olduğuna görə ümumilikdə bir, o cümlədən borclu şəxs qismində axtarışda olan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli altı, eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyən edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət