Dərc edildi: Baxış sayı: 599
Sonsuzluqdan bu üsulla qurtulub. İnanılmaz hadisə
İngiltərəli qadın Hanna Karpenter polikistoz yumurtalıqlar sindromu xəstəliyi səbəbindən illər ərzində uşaq sahibi ola bilmirdi.
Hətta 2 EKM proseduru zavallı qadına ana olmağa yardım etmədi. EKM uğurlu keçsə də Hanna sonra uşağını itirib.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, sonsuzluqla barışan qadın müntəzəm olaraq idman zalına getməyə başlayıb.
Bir müddət keçdikdən sonra qadın təbii yol ilə hamilə qalıb və sağlam uşaq dünyaya gətirib. 2 ildən sonra Hanna təkrar hamilə qala bilib. Bu dəfə da hamiləlik normal keçib və ikinci uşaq doğulub.
Hanna uğurlu hamiləliklərin səbəbini məhz idmanda görür. Onun sözlərinə görə, bu illər ərzində onun həyatında idmanla məşğul olmaqdan başqa heç bir digər dəyişiklik baş verməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət