Slimfit
  1. AZƏRBAYCAN

“Sofiya” robotunun yeni proqramı - “Qarabağ tarixən Azərbaycanındır…”

“Sofiya” robotunun yeni proqramı - “Qarabağ tarixən Azərbaycanındır…”
Sakura

“Sofiya” robotunun yeni proqramı - “Qarabağ tarixən Azərbaycanındır…”

Bu robotlar yeni nəsil elektron şəxs hesab olunur.

 

“Süni intellektə əsaslanan robotlarda proses elə qurulur ki, onlar ətrafdan müxtəlif informasiya alaraq ona uyğun cavab verirlər”

Osman Gündüz: “Süni intellektə malik olan robotlar Qarabağın Azərbaycana məxsus olması haqqında bilgilər əldə edərlərsə, onlar bu barədə iştirak etdikləri beynəlxalq tədbirlərdə, televerilişlərdə bildirə bilərlər”

Məlum olduğu kimi, “Sofiya” adlı robot ölkəmizə gətirilib. “Sofiya”nın Azərbaycana gətirilməsi ictimaiyyət üçün çox vacibdir. Əsasən informasiya texnologiyaları, sosial, təhsil və intellektual sahələr üçün çox əhəmiyyətlidir.

Məlumat üçün bildirək ki, “Sofiya” robotu 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” robotu bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

Onu da qeyd edək ki, “Sofiya” bir çox ölkədə keçirilən beynəlxalq tədbirlərdə çıxışlar edir. “Sofiya” Azərbaycana gətirilməzdən öncə o, ölkəmiz haqqında informasiyaya malik idi. “Sofiya”nın yaddaşında Azərbaycan haqqında fikirlər formalaşıb. “Sofiya” və ya digər robotların yaddaşına yerləşdirilən fikirlər həkk olunan formada qalır.

Maraqlıdır, “Sofiya” və ya digər robotların yaddaşına Qarabağın Azərbaycana məxsus olmasını, ermənilər tərəfindən işğal olunmasını necə həkk etmək olar? Həmin robot beynəlxalq tədbirlərdə, xarici telekanallarda, teledebatlarda iştirak etməklə Qarabağın Azərbaycana məxsus olmasını təbliğ edə bilərmi?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd etdi ki, süni intellektə əsaslanan robotlarda proses elə qurulur ki, onlar ətrafdan müxtəlif informasiya alaraq ona uyğun cavab verirlər: “Süni intellektə əsaslanan robotlar elə formalaşdırılır ki, onlara verilən suala insan kimi cavab verirlər. Əvvəllər robotun yaddaşına hansısa informasiya yerləşdirilirdi. Ancaq indiki robotların spesifik xüsusiyyətləri ondan ibarətdir ki, artıq onlar vəziyyətə uyğun hərəkət edirlər. Bu robotlar yeni nəsil elektron şəxs hesab olunur. Elektron şəxsiyyətlər elə alqoritmlərlə hazırlanırlar ki, bunlar ətraf informasiyanı alaraq ona uyğun cavab verirlər. Onlar informasiyanı əsasən kamera ilə, toxunmaq vasitəsilə, iyi və digər üsullarla əldə edirlər. Əldə etdikləri informasiyaya uyğun adekvat cavab verirlər”.

Həmsöhbətimiz qeyd etdi ki, “Sofiya “Tesla” şirkətinin sahibi Elon Mask, BMT-nin rəhbərliyində olan, həmçinin, bir sıra tanınmış şəxslərlə ünsiyyətdə olub, dünyanın aparıcı media qurumlarına müsahibə verib. Onun Azərbaycana gətirilməsi də kifayət qədər əhəmiyyətlidir: “Süni intellektə malik olan robotlar Qarabağın Azərbaycana məxsus olması haqqında bilgilər əldə edərlərsə, onlar bu barədə iştirak etdikləri beynəlxalq tədbirlərdə, televerilişlərdə bildirə bilərlər”

 

Mənbə : baki-xeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR