Slimfit
  1. TÜRKİYƏ

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları istifadəyə verib

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları istifadəyə verib
Sakura

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları istifadəyə verib

Azərbaycanın SOCAR CNG şirkəti Türkiyədə yük maşınları üçün bir neçə sıxılmış təbii qaz (STQ – beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) məntəqəsi istifadəyə verib.

“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Bildirilir ki, yük maşınları CNG ilə yanacağa 30 faiz qənaət etmiş olacaq.

Şirkətin məlumatına görə, bu addım sənaye, turizm, tikinti, nəqliyyat kimi fərqli sahələrdə fəaliyyət göstərən qurumların avtomobil parklarına iqtisadi və ekoloji cəhətdən daha sərfəli olan maye qazdan istifadəsini təmin etməkdir.

Qeyd olunur ki, şirkət bununla təxminən 200-250 km-lik məsafələrdə yerləşən və son texnoloji avadanlıqlardan istifadə edilməklə inşa olunan yeni CNG stansiyaları sayəsində, İstanbul, Ankara, Mersin, Bursa, İzmir kimi ticarətin sıx olduğu böyük mərkəzləri bir-birinə və ətraf rayonlarına birləşdirən yollarda çalışan nəqliyyat vasitələrinə yeni, iqtisadi və ekoloji cəhətdən daha sərfəli bir yanacaq alternativi təqdim etmiş olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR