Dərc edildi: Baxış sayı: 393
SOCAR prezidenti Türkiyənin energetika naziri ilə görüşüb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşüb.
“Report” bu barədə SOCAR-ın Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş”yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə R.Abdullayev SOCAR-ın Türkiyədəki layihələri və gələn həftə açılışının həyata keçirilməsi planlaşdırılan STAR zavodu ilə bağlı son məlumatları nazirin diqqətinə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət