“SOCAR Polymer” zavodlarından istismarı dövründə 6.3 milyard dollar gəlir əldə olunacaq
“SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının istismarı müddətində ilkin qiymətləndirmələrə görə, 400 mln. ABŞ dolları mənfəət vergisi, 460 mln. dollar isə ƏDV şəklində dövlət büdcəsinə köçürüləcək.
Zavodların istismarı dövründə 6,3 mlrd. dollar məbləğində gəlir əldə olunması gözlənilir.
Bu məbləğin 30%-i şirkətin xalis mənfəətini təşkil edəcək.
Məlumata görə, “SOCAR Polymer” zavodları yerli bazarın tələbatını tam həcmdə qarşılayacaq və məhsulun 75%-i Türkiyə və Avropa bazarlarına ixrac ediləcək. Bildirilib ki, tikinti işlərinin pik dövründə inşaata 3 min nəfərdən çox işçi cəlb edilib. Bu günədək tikinti meydançalarında istehsal zədələri və ya qəzalar olmadan 17 mln. adam-saatdan artıq iş görülüb.
“SOCAR Polymer” zavodlarında 19 markada polipropilen, 12 növdə yüksək sıxlıqlı polietilen məhsulu istehsal ediləcək:
“Bir çox kiçik və orta müəssisələr bu məhsullardan xammal kimi istifadə etməklə zavodların ətrafında sənaye klasteri yaradacaq. “SOCAR Polymer” zavodlarının potensial alıcıları arasında artıq bir sıra yerli şirkətlər var”.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət