Slimfit
  1. İQTİSADİYYAT

SOCAR istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

SOCAR istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
Sakura

SOCAR istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

Bu gün SOCAR istiqrazlarının 14-cü faiz ödənişi baş tutub.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata istinadən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının 1.25 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min ABŞ dollarına yüksəlib.

“Təkrar bazar əməliyyatları həcminin 190 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 milyon ABŞ dolları təşkil etməsi SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

SOCAR istiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur”,- məlumatda qeyd edilib.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 iyul tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR