Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

SOCAR Almaniya şirkətinin Türkiyədəki mülkiyyətini satın alır

SOCAR Almaniya şirkətinin Türkiyədəki mülkiyyətini satın alır
Sakura

SOCAR Almaniya şirkətinin Türkiyədəki mülkiyyətini satın alır

Türkiyə iqtisadiyyatında ən iri investorlardan olan SOCAR bu ölkənin qazpaylayıcı şəbəkə sisteminə daxil olmağı hədəfləyir.

Enter.News Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət illik 54 milyard kib metr qaz istifadə edilən bu ölkənin təbii qaz bazarında 20 faiz paya sahib olmağı planlaşdırır.

Mənbə qeyd edir ki, SOCAR Almaniyanın EWE şirkətinin Türkiyədə təbii qaz paylayıcı sisteminə daxil iki bölgəni satın almaq üçün fəaliyyətə keçib. “Satınalmanın 2019-cu ilin ilk aylarında həyata keçirilməsi gözlənilir”, - mənbə yazır.

Satınalmanın son hədəfinin Almaniya şirkətinin Türkiyədəki bütün mülkiyyətinin olduğu qeyd edilir.

Məlumata görə, EWE Türkiyə bazarına 2007-ci ildə daxil olub. Şirkətin 1 milyon 440 min abunəçisi var. Ölkənin dördüncü ən iri təbii qaz tədarükçüsü olan şirkət ötən il 4,1 milyard kub metr qaz tədarük edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR