Dərc edildi: Baxış sayı: 681
SMS icazənin müddəti artırıla bilər? - AÇIQLAMA
“SMS icazənin müddətinin artırılması mümkün deyil”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, SMS icazənin verilməsinin məqsədi insanların ictimai yerlərdə uzun müddət olmamasıdır:
“Bu istiqamətdə keçən dəfə də məlumat verdik. İnsanlar həmin müddəti nəzərə almalı və verilən müddət ərzində işlərini yekunlaşdırıb, yaşayış yerlərinə qayıtmalıdırlar. SMS icazənin hazırkı müddətinin artırılması mümkün deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət