Slimfit
  1. CƏMİYYƏT

SMS icazə sistemi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

SMS icazə sistemi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
Sakura

SMS icazə sistemi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.

Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.

Bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Eyni zamanda, “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavab təmin olunacaq.

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 3 milyon 475 min SMS göndərilib ki, bunlardan da 774 mini, yəni 22 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR