Slimfit
  1. TEXNOLOGİYA

Smartfonu gecə vaxtı şarj etmək təhlükəlidir

Smartfonu gecə vaxtı şarj etmək təhlükəlidir
Sakura

Smartfonu gecə vaxtı şarj etmək təhlükəlidir

Gecə vaxtı şarjda qalmış smartfonun akkumulyatoru daha tez sıradan çıxır. Bu haqda “Business Insider” nəşri yazıb.

ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumata görə, tamamilə enerji ilə doldurulmuş cihazın şəbəkə adapterinə qoşulu qalması batareyanın kimyəvi tərkibinin daha sürətli dəyişilməsinə səbəb olur ki, bu da onun istismar müddətinə mənfi təsir göstərir.

“BatterieIngenieure” şirkətinin nümayəndəsi Dominik Şulte iddia edir ki, bütün əsas istehsalçıların smartfonlara əlavə müdafiə quraşdırmasına baxmayaraq, akkumulyatorun sıradan çıxması baş verir.

“Google”un nümayəndəsi “Business Insider” nəşrinə deyib ki, batareya istehsalı və optimallaşdırılması üzrə müasir texnologiyanı nəzərə alsaq, bu tezis köhnəlib. “Smartfonun akkumulyatoru 100% enerji topladıqda, enerji doldurma qurğusu cərəyanın verilməsini dayandırır" – korporasiyanın nümayəndəsi izah edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR