Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Smartfonların uşaqlara zərərli nədir və onları təsirdən necə qorumaq olar

Smartfonların uşaqlara zərərli nədir və onları təsirdən necə qorumaq olar
Sakura

Smartfonların uşaqlara zərərli nədir və onları təsirdən necə qorumaq olar

 

Bezikmiş bir çox valideynlər uşağının bir yerdə oturması üçün bilmirlər onları necə məşğul etsinlər. Bu vaxt yada sevdiyimiz smartfonlar düşür. Çünki kiçik bir uşağa qadjet vermək və nəhayət, sevdiyiniz işləri etmək çox sadədir. Ancaq gəlin, qadjetin kövrək bir zehnə nə kimi zərər verə biləcəyini öyrənək.

Öncə ondan başlayaq ki, sevimli telefonlarımız yalnız uşaqlar üçün deyil, böyüklər üçün də zərərlidir, lakin onun böyüyən və bərkiməmiş orqanizmə zərərləri daha təhlükəli ola bilər. Uşağın orqanizmi elektromaqnit radiasiyasını 10 qat daha yüksək dərəcədə udur ki, bundan : sinir sistemi, immunitet sistemi zərər görür, baş ağrıları ilə nəticələnir, uşaq daha şıltaq olur, daha az konsentrə olur. Telefonun yaxın məsafədə tez-tez istifadəsi görmə qabiliyyətinə təsir göstərir.

Alim Vilyam Stüarta elektromaqnit dalğalarının insan orqanizmindəki dəyişikliklərə təsirini hüceyrə səviyyəsində sübut edə bilmək müyəssər olub. O, yağış qurdları ilə bir təcrübə keçirib və bu da cib telefonundan gələn elektromaqnit dalğalarının təsiri altında zülalın quruluşunun dəyişdiyini göstərib. Bu radiasiya mikrodalğalı sobadan və soyuducudan və hər hansı bir məişət cihazından da gəlir. Ancaq biz onlarla sıx təmasda deyilik, hər 5 dəqiqədən bir toxunmuruq, qucaqlayıb yatmır, onlar ovcumuzda yuxudan oyanmırıq.

"Bir nevroloq və ana olaraq, cihazların zərərli olması barədə əminliklə onu deyə bilərəm ki, onların tez-tez istifadəsi, xüsusən də oyunlar uşağın sinir sisteminin tükənməsinə səbəb olur, daha şıltaq olur, tez-tez əsəbləşirlər. Qadjetlər uşağın bütün diqqət və konsentrasiyanı özünə cəlb edir, nəticədə ətrafındakı dünyanı görmürlər. Cib telefonları vizual sistemə zərərli təsir göstərir, çünki onlar çox vaxt gözlərdən minimum məsafədə yerləşirlər və nəticədə zəif görmə yaranır" - bu sahə üzrə mütəxəssis, həkim -nevroloq bildirib.

Balaca uşaqlar üçün valideynləri "bütdür", valideynlərin dediklərini təkrar edir, hərəkətlərini və vərdişlərini təkrarlayırlar. Cib telefonundan istifadə müasir insanın əsas vərdişi və ehtiyacıdır. Ancaq valideynlər həmişə xatırlamalıdırlar ki, uşaqlar onların bütün vaxtlarını telefonda keçirdiklərini, duyğularını, emisiyalarını görürlər. Əlbəttə ki, belə bir "oyuncaq" təsəvvür etmək istəyirlər. Artıq iki yaşında olan müasir uşaqlar telefonu necə açmağı, necə zəng etməyi, hətta kilidini açmağı başa düşürlər, çünki bu yaşda olan uşaqlar süngər kimidirlər - hər şeyi canlarına çəkir və xatırlayırlar.

Alimlər 8 yaşa qədər uşaqların öz mobil telefonlarına sahib olmalarına ehtiyac olmadığını düşünürlər. 12 yaşdan kiçik şagirdlər müasir müasir smartfonlar almamalı, telefon əsas bir funksiyasını yerinə yetirməlidir - zəng etmək.

İbtidai məktəb yaşındakı bir uşağa cib telefonu almağın müsbət və mənfi tərəflərini bölmək olar:

Müsbət:

  • Nəzarət, uşağın dəqiq yrri ilə bağlı izləmə üçün rahat funksiyalar;
  • Faydalı funksiyalar: zəngli saat, təqvim;
  • Təhlükə xəbərdarlığı: uşağı qorxudan hər hansı bir vəziyyətdə ailəsi ilə əlaqə qura bilər;
  • Məsuliyyət: uşaq qiymətli bir əşyaya qayğı göstərməyi öyrənir.

Mənfi:

  • Sağlamlığa zərər vurur (sinir və immunitet sistemi, görmə və s.);
  • Uşaqda, asılılıq böyüklərdən daha tez baş verə bilər;
  • Uşaq telefonda (İnternet, oyunlar, sosial şəbəkələr) daha çox vaxt sərf etmək istəyəcək
  • Konsentrasiyanı aşağı salır;
  • Balaca uşaqlarda daha böyük uşaqların onun telefonunu götürə, oğurlaya və ya sındıra biləcəyi riskləri də var. Sevdiyi oyuncağı əlindən almaq, bu emosional komponentə çox təsir edə bilər.

Telefonun uşağa zərərini azaltmaq üçün nə etməli:

  • Çox kiçik bir uşağa ümumiyyətlə telefon verməmək daha yaxşıdır, amma əgər edirsinizsə, uşağa onu məhdud bir müddət istifadə edə biləcəyini anlatmalısınız. Məsələn, 15 dəqiqə ərzində oyun oynaya və ya cizgi filmi seyr edə bilər, bundan sonra, məsələn, gəzmək və ya şəkil çəkmək üçün gedəcəksiniz;
  • Uşaq hələ məlumat axtarmağa ehtiyacı olan çox maraqlı bir varlıqdır. 6-8 yaşlı bir uşağa mobil telefona alternativ - masaüstü kompüter təklif etmək daha yaxşıdır. Birincisi, ona stulda oturmaq, qaməti saxlamaq və divanda əyilməmək lazım olacaq. İkincisi, gözlərdən stasionar kompüterə qədər olan məsafəni tənzimləmək olar və bu məsafə telefonla müqayisədə kifayət qədər çox olacaq.
  • Uşaq cizgi filmi izləmək istəyirsə, onu yetərli bir uzaqlıqda oturdub televizoru yandırın.
  • Uşaqları axmaq hesab etməyin, artıq 4 yaşlı bir uşaqla ciddi şəkildə danışa və övladınızın virtual aləmdə yalnız məhdud vaxt keçirə biləcəyini, bədənə zərərləri barədə izah edə bilərsiniz.
  • Mümkün qədər hərəkətli və əyləncəli oyunlar fikirləşin ki, uşağınızda telefona az maraq qalsın.
  • Telefonla mikrafonda danışmaq daha yaxşıdır.
  • Telefonunuzu cibinizdə və ya boynunuzda deyil, çantada və ya rüqzaqda gəzdirmək daha təhlükəsizdir.
  • Yuxu zamanı telefon yastığın altında olmamalıdır; götürün.

Amerika Oftalmoloqlar Birliyi hər 20 dəqiqədən bir, 20 saniyəlik fasilə verməyi tövsiyə edir.

21-ci əsrin gerçəkliklərində bir uşağın telefon və digər elektron cihazlardan istifadəsini tsmamilə məhdudlaşdırmaq olmaz. Ancaq məhdudiyyətlər və istifadə qaydaları olmalıdır ki, faydaları zərərini ört-basdır eləsin.

 

 

Mənbə: argumenti.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR