Slimfit
  1. MARAQLI

SMARTFONLARDA SİLİNƏN MESAJLARI NECƏ BƏRPA ETMƏK OLAR?

SMARTFONLARDA SİLİNƏN  MESAJLARI NECƏ BƏRPA ETMƏK OLAR?
Sakura

Silinmiş mesajları bərpa etmək üçün bir çox üsul var

Mesajlar  Android və iOS cihazlarında bir çox səbəbdən silinir.  Bu silinmiş mesajları geri qaytarmağın yolunu bilirsinizmi? Gündəlik həyatın əvəzolunmaz ünsiyyət vasitələrindən biri olan SMS, yazı vasitəsilə əlaqə qurmağımızı təmin edir.  Bu ünsiyyət zamanı  çox vacib məlumat əldə edirik. Ancaq təəssüf ki, bu mesajlar bəzən müəyyən səbəblərə  görə silinir. 

 Smartfonunuzdan silinmiş mesajları bərpa etmək üçün bir çox üsul var.  Android və iOS cihazlarında silinən mesajlar xüsusi hazırlanmış proqramlar ilə geri qaytarılır.  Ancaq məlumatların 100 faiz bərpası heç də həmişə mümkün olmur.

Ens.az saytı silinmiş mesajları smartfonlarda, yəni Android və iOS telefonlarında geri qaytarmağın yolu barədə məlumat verir. Beləliklə, həyatımızın əvəzolunmazları arasında  olan smartfonlarda silinmiş mesajları geri qaytarmağın üsulları...

 Android-də silinmiş mesajları bərpa etmək üsulları

 Android cihazlarında silinmiş mesajları bərpa etmək üçün recovery proqramlarının əsas olaraq ikisi təsirli rol oynayır.  Bunlar:

• Android Data Recovery

• Coolmuster Android SMS+Contacts Recovery

 Bu iki tətbiq fərqli olsa da, istifadə baxımından eynidır.  Android-də silinmiş mesajları addım-addım bərpa etmək üsulları:

 Recovery proqramlarından birini  kompüterinizə yükləyin.

 Bu proqram yükləndikdən sonra cihazı USB vasitəsilə kompüterə bağlayın.

 Sonra proqramdakı "Scan" əmri ilə bütün məlumatları skan edin.

 Skan əməliyyatından sonra sənədlər bölməsində "SMS" və ya "Massages" düyməsini basın.

 Oradan məlumatları seçin və "Recovery" düyməsini basın.

 İOS-da silinmiş mesajları bərpa etmək üsulları

Silinmiş mesajları geri qaytarmaq üçün iOS cihazları belə hallarda ehtiyat nüsxələr vasitəsilə həll edir. Bunu etmək üçün silinmiş mesajlar iCloud telefonunuzdan və ya iTunes-dan istifadə edərək saxlanıla bilər.

İTunes SMS arxivləşdirmə üçün bu üsula əməl edirik:

  iTunes-a İOS cihazını bağlayırıq.

 Sonra, "Fayl> Cihazlar> Arxivləmə" əmri ilə məlumatlarımızı arxivləşdiririk.

 Arxivlənən faylı geri qaytarmaq üçün:

 "Fayl> Cihazlar> Arxivi Geri Qaytarın" əmri ilə itirdiyimiz məlumatları yenidən əldə edirik.

Mənbə: www.neoldu.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR