Dərc edildi: Baxış sayı: 658
Smartfonlar üçün ilk 5G-modem nümayiş olunub
"Qualcomm Technologies" şirkəti mobil qurğular üçün "5G" şəbəkəsində rabitə üçün ilk modem təqdim edib. "Qualcomm Snapdragon X50 5G" çipseti 28 QHs-də işləyən "mmWave" tezliklər zolağında 1 giqabitlik sürəti və qoşulmanı təmin edir.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, bu, faktiki olaraq smartfonlar üçün ilk 5G-modemdir. Əvvəllər yalnız xırda və orta biznes üçün qutu şəklində modemlər mövcud idi. İndi bütün imkanlar smartfona tətbiq edilib.
"Qualcomm" şirkətinin planına görə, "Snapdragon X50 5G NR" seriyasına məxsus modemlər 2019-cu ilin birinci yarısından başlayaraq, 5G-smartfonlarda və beşinci nəsil rabitə şəbəkələrində istifadə olunacaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət