Slimfit
  1. DÜNYA

Sloveniya tarixində ilk minoritar hökumətin andiçmə mərasimi olub

Sloveniya tarixində ilk minoritar hökumətin andiçmə mərasimi olub
Sakura

İyun ayında Sloveniyada keçirilmiş növbədənkənar seçkilərdən üç ay sonra ölkə parlamentində yeni hökumətin…

İyun ayında Sloveniyada keçirilmiş növbədənkənar seçkilərdən üç ay sonra ölkə parlamentində yeni hökumətin andiçmə mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, parlament regional siyasətçi Maryan Şaretsin rəhbərliyi ilə beş partiyanın təmsilçilərindən təşkil olunmuş minoritar hökumətin tərkibini təsdiqləyib. Parlamentin 90 üzvündən 45 nəfər yeni kabinetin tərkibinin lehinə, 34 nəfər isə əleyhinə səs verib, digər deputatlar bitərəf qalıblar. Səsvermədən dərhal sonra 16 nazirin andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, bu hökumət ölkə tarixində seçkilərdə mütləq səs çoxluğunu yığa bilməyən siyasi qüvvələrin təşkil etdiyi ilk minoritar hökumətdir. Yeni hökuməti təqdim edən Baş nazir Maryan Şarets öz çıxışında ölkədaxili siyasətdə islahatlar aparılacağına, xüsusilə də səhiyyə sisteminin yenilənməsi, bürokratik maneələrin ləğvi və iqtisadiyyatyönümlü siyasətin yürüdüləcəyinə dair vəd verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR