Dərc edildi: Baxış sayı: 267
Slovakiyadan gözlənilməz: Rusiya ilə əlaqələri bərpa etdi
Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb.
Rusiya və Belarusla təmas və mədəni əməkdaşlıq qadağası 2022-ci ilin martında qüvvəyə minib. Nazirliyin keçmiş rəhbəri Natalya Milanova bu addımını Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməklə izah edib.
Hökumətdə Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət