Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Şənbə günü Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “İnterfaks”a istinadən xəbər verir.
Ölkənin Statistika İdarəsinin məlumatına görə, 4,33 milyondan çox vətəndaşın seçkilərdə səsvermə hüququ var ki, onlar üçün 5,9 min seçki məntəqəsi açılacaq.
Birinci turun iki qalibi dövlət başçısı vəzifəsi uğrunda mübarizə aparacaq – parlamentin sədri, hakim koalisiyaya daxil olan “Qlas” Partiyasından namizəd Peter Pelleqrini və Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri İvan Korçok.
Liberal müxalifəti təmsil edən Korçok iki həftə əvvəl keçirilən birinci turda seçicilərin 42,5 faizinin dəstəyini qazanıb. O, proqnozların əksinə olaraq, qalib gələcəyi proqnozlaşdırılan və sonda 37 % səslə ikinci yerdə qərarlaşan Pelleqrinini məğlub etməyi bacarıb.
İkinci turun qalibi 5 il müddətinə Slovakiyaya prezidentlik edəcək və ölkə tarixində ilk qadın Prezidenti 2019-cu ildən bu vəzifədə çalışan və seçkilərdə iştirakdan imtina etmək qərarına gələn Zuzana Çaputovanı əvəzləyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət