Dərc edildi: Baxış sayı: 729
Skoda Cenevrədə yeni krossover nümayiş etdirəcək
Mart ayında keçiriləcək Cenevrə avtosalonunda Skoda markasının yeni yığcam krossoveri debüt etməlidir. Bu model çex markasının ən kiçik və üçüncü krossoveri olacaqdır. Yeni model çex istehsalçısının krossoverlər xəttində Karoq krossoverindən bir pillə aşağıda qərarlaşacaqdır.
Yeni krossover haqqında məlumat çox azdır. Yeni modelin Volkswagen şirkətinin MQB modul platformasında inşa ediləcəyi bildirilib. Bu platformadan VW T-Cross və Seat Arona modellərinin istehsalında istifadə edilir. Skoda şirkəti həmçinin yığcam krossoverin ən müasir sürücüyə yardım sistemlərinə və Simply Clever firma xəttindən olan həll yollarına malik olacağını bildirib.
Tizerdən göründüyü kimi, yeni model Vsison X konseptinin üslubunda dizayna malik olacaqdır. Buna hər iki avtomobilin işıq texnikasının bənzər tərtibatı dəlalət edir. İlkin məlumata görə, Skoda Vision X konseptinin seriya variantı Kosmiq adlandırılacaqdır. Artıq istehsalçı bu əmtəə nişanını çex patent idarəsində qeydiyyatdan keçirib.
Mənbə: Autograph.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət