Sizin Bakı səfəriniz tarixi əhəmiyyət kəsb edir - Prezident
Qoşulmama Hərəkatının sədri olaraq biz ölkələr arasında həmrəyliyi gücləndirmək üçün əlimizdən gələni edəcək və lazım gələrsə, konkret problemlərin həllinə yardım üçün səy göstərəcəyik. Əlbəttə ki, bu, ikitərəfli əlaqələrimizlə bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkandır.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev əlcəzairli həmkarı Abdelkader Bensalah ilə görüşündə deyib.
"Sizin Azərbaycana səfəriniz tarixi əhəmiyyət kəsb edir. Çünki diplomatik əlaqələrimiz ərzində ilk dəfədir ki, Əlcəzair Prezidenti Azərbaycana səfər edir. Sözsüz ki, bu səfər hər iki ölkə üçün xüsusi məna kəsb edir. Biz ölkələrimiz arasında olan çox fəal siyasi dialoqu nümayiş etdiririk. İslam Əməkdaşlıq Təşkilatında ölkəniz Ermənistanla münaqişədə bizi dəstəkləyir. Ona görə də biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və əlbəttə ki, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyi davam etdirəcəyik. Mən, həmçinin, düşünürəm ki, hazırda iqtisadi əməkdaşlıq məsələlərini, xüsusilə ticarət dövriyyəsinin artırılması yollarını müzakirə etmək üçün yaxşı vaxtdır", - dövlət başçısı qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət