Slimfit
  1. CƏMİYYƏT

Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan açıqlama

Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan açıqlama
Sakura
:0

Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan açıqlama

9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisin növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.

MSK-nın qərarı ilə  Yeni Azərbaycan Partiyasının maliyyə məsələləri üzrə nümayəndəsi kimi V çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.

Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.

Modern.az bu iddialatrla bağlı YAP-ın mövqeyini öyrənib. Partiyanın mətbuat katibi Hüseyn Paşayev əməkdaşımıza bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur:

“Proses həmişə belə olub”.

YAP rəsmisi qeyd edib ki, Siyavuş Novruzov ilk dəfə deyil ki, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunur:

“Siyavuş Novruzov həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olub”.

“Ancaq Siyavuş Novruzovun YAP tərəfindən deputatlığa namizədliyinin verilib-verilməməsi barədə bir söz deyə bilmərəm. Sadəcə olaraq, dediklərinizin məsələyə aiddiyatı yoxdur. Qanunla məsələ bu cür tənzimlənir”,-deyə Hüseyn Paşayev əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR