Slimfit
  1. CƏMİYYƏT

Siyavuş Novruzov pensiya yaşının dəyişdirilməsini təklif etdi

Siyavuş Novruzov pensiya yaşının dəyişdirilməsini təklif etdi
Sakura

Siyavuş Novruzov pensiya yaşının dəyişdirilməsini təklif etdi

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov pensiya yaşının müxtəlif təbəqələr üzrə fərqli olmasını təklif edib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  S.Novruzov bildirib ki, pensiya yaşı ilə bağlı məsələyə yenidən baxılmalıdır.

“Məsələn, şəxs 65 yaşında fəhlə işləyə bilməz. Yanaşma tərzi dəyişdirilməlidir. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır”, - deyə S.Novruzov əlavə edib.

Millət vəkili bəzi əlilliyi olan şəxslərin statusunun ləğv edilməsi məsələsinə də toxunub.

Təklif edib ki, həmin şəxslərə alternativ olaraq iş yerləri yaradılmalı, onlar özünüməşğulluq proqramına daxil olunmalıdır.

“Adam bu gün təqaüd alır, sabah deyirlər ki, almırsan. Kiminsə evinə gələn pulu kəsməyə başlamışıq pandemiya dövründə. Onların böyük hissəsi sosial pensiya ilə təmin olunmalıdır. O baxımdan bunlar nəzərə alınsa, yaxşı olar. Ola bilsin ki, şəxslər avtomobil qəzası zamanı əlil olub. Bu zaman onların da sosial əlilliyə ehtiyacı var. Ancaq onların Qarabağ əlili kimi özlərini təqdim etməsi doğru deyil”, - deyə S.Novruzov əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR