Slimfit
  1. MEDİA

Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi

Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
Sakura

Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı…

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox ciddi siyasi, sosial-iqtisadi, humanitar xarakterli problemlərlə qarşılaşmışdı, respublika xaos və anarxiya məkanı kimi xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. Belə bir təhlükəli vəziyyətdə ulu öndər nəinki özünün, hətta ailəsinin həyatını təhlükədə qoyaraq xalqın səsinə səs verdi, Azərbaycanı xilas etmək kimi çox məsuliyyətli missiyasını öz üzərinə götürdü.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, o dövrdə ömrünün müdrik çağında çoxsaylı təhlükə və təhdidlərə baxmayaraq, ulu öndər Heydər Əliyev heç nədən çəkinmədən həyatını təhlükəyə ataraq, sözün əsl mənasında Azərbaycanın gələcəyi uğrunda siyasət meydanına atıldı. Həmin dövrdə ulu öndər heç bir təhlükənin və təhdidin onu yolundan çəkindirməyəcəyini və yenidən xalqa ləyaqətlə xidmət edəcəyini qayıdışı ilə hər kəsə sübut etdi.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul etdiyi zaman haqlı olaraq bildirdi ki, bütün təhlükələrə baxmayaraq, Heydər Əliyev Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi:

"Həmin dövrdə respublikaya rəhbərlik edənlərin siyasi səriştəsizliyi, müstəqil qərar vermək və milli maraqlara uyğun siyasət həyata keçirmək iqtidarında olmamaları, mübarizələrini dövlətin mənafeyi uğrunda deyil, öz şəxsi – korporativ maraqları əsasında aparmaları Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı. Belə bir ağır vəziyyətdə xalqın və dövlətin xilası üçün zəngin dövlətçilik təcrübəsinə malik olan qətiyyətli liderə ehtiyac var idi. Bu lider məhz Ümummilli Lider Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazdı. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət kimi Heydər Əliyev Vətənini fəlakətdən qurtardı, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etdi".

S.Novruzov əlavə edib ki, ümumiyyətlə, Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var, Ümummilli Liderin xalqımız qarşısında xidmətləri misilsizdir: "Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə xidmət etmişdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR